Əsas məzmuna keç

Həsrət Cəfərov da qızıl medal qazandı

Həsrət Cəfərov da qızıl medal qazandı

67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib. Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa...

Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.

Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 və 4 mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…