Əsas məzmuna keç

Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir

Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir

Hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli...

Hərbi xidmətdə olmağın son yaşı həddi şəxslərin dairəsi genişləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ordu generalı ilə bərabər icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün də yaş həddi müəyyən edilməyəcək. Başqa sözlə, Azərbaycan Respublikasının Prezidenti tərəfində vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…