Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
25.02.2024 12:44
Aa
dəq

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir.

Qeyd olunub ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.

Bildirilib ki, təlim toplanışında qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib.

Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər aidiyyəti dövlət onlara ayrılmış xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu