Əsas məzmuna keç

Hərbi Hava Qüvvələrinin zabiti həbs edilib

Hərbi Hava Qüvvələrinin zabiti həbs edilib

bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Həsənov Ülvi...

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi oğlu barəsində hərbi məhkəməsinin qərarı ilə qətimkan tədbiri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Həsənov Ülvi Bəxtiyar oğluna Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…