Operativ Məlumat Mərkəzi

Həmin layihənin təfərrüatları açıqlandı

3 dəq
Paylaş:
Həmin layihənin təfərrüatları açıqlandı
bununla bağlı xarici KİV məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış və dünən BMT TŞ-nin bəzi üzvlərinə...

ABŞ administrasiyasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) bəzi üzvlərinə Qəzzada ən azı iki il müddətinə beynəlxalq bir qüvvənin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi göndərdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış və dünən BMT TŞ-nin bəzi üzvlərinə göndərilmiş layihənin təfərrüatları açıqlanıb.

Layihə ABŞ-yə və digər iştirakçı ölkələrə Qəzzanı idarə etmək və təhlükəsizliyi təmin etmək üçün 2027-ci ilin sonuna qədər geniş səlahiyyət verir və bu səlahiyyətin daha sonra uzadılması da mümkündür.

Adı açıqlanmayan amerikalı rəsmilərin sözlərinə görə, layihə yaxın günlərdə BMT TŞ üzvləri arasında aparılacaq danışıqların əsasını təşkil edəcək, qarşıdakı həftələrdə səsə qoyularaq qüvvəyə minməsi və yanvar ayına qədər Qəzzəyə ilk birliklərin yerləşdirilməsi planlaşdırılır.

ABŞ rəsmisi bildirib ki, Beynəlxalq Təhlükəsizlik Qüvvəsi (ISF) “sülhməramlı qüvvə deyil, icraedici güc” olacaq.

Bir çox ölkədən təhlükəsizlik qüvvələrinin daxil olacağı ISF Qəzzanın İsrail və Misirlə sərhədlərini qorumağa, mülki şəxsləri və humanitar dəhlizləri müdafiə etməyə, həmçinin yeni Fələstin polis qüvvəsini hazırlamağa cavabdeh olacaq.

Layihəyə görə, ISF Qəzzədə hərbi infrastrukturun məhv edilməsi, bölgənin silahlardan təmizlənməsi və fələstinli silahlı qrupların tərksilah olunması kimi vəzifələri yerinə yetirəcək.

ISF-nin tapşırıqları arasında həmçinin HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının könüllü şəkildə silahlarını təhvil vermədiyi halda onların məcburi şəkildə tərksilah edilməsi də yer alır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər