Operativ Məlumat Mərkəzi

HƏMAS Qəzzanı Fələstin rəhbərliyinə təhvil verməyə razılaşıb

1 dəq
Paylaş:
HƏMAS Qəzzanı Fələstin rəhbərliyinə təhvil verməyə razılaşıb
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Qahirədə danışıqlar zamanı Misirin təzyiqi altında olan Həmas Fələstin Azadlıq Təşkilatının...

Fələstinin Həmas hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Qahirədə danışıqlar zamanı Misirin təzyiqi altında olan Həmas Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə ünvanladığı məktubda qərarını açıqlayıb.

Eyni zamanda, nəşrin məlumatına görə, Həmas hər hansı dövlət qulluqçusunu yeni administrasiyaya daxil etmək və onlara pensiya ödənişlərinə zəmanət vermək tələbini irəli sürüb.

Öz növbəsində, İsrailin baş naziri İsrael Katz Amerika nümayəndə heyəti ilə görüşü zamanı bəyan edib ki, yəhudi dövləti Fələstin dövlətinin yaradılmasına razı olmayacaq, çünki bu, öz mövcudluğunu təhlükə altına salacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər