HƏMAS hərəkatı Parisdə aparılan danışıqlarda Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini qəbul etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Kanalın həmsöhbətinin sözlərinə görə, Paris razılaşması əsir və girovların mübadiləsinə aid olsa da, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə deyilməyib, HƏMAS isə bu məsələləri əsas məsələlər kimi önə çəkir.
"Al Mayadeen"in məlumatına görə, razılaşmada atəşkəs başa çatdıqdan sonra atəşkəsi təsdiq edən maddə yoxdur və İsrailin bundan sonra hərbi əməliyyatları davam etdirməyəcəyinə dair heç bir zəmanət yoxdur.