Operativ Məlumat Mərkəzi

HƏMAS Qəzza banklarından 108 milyon dollar oğurlamaqda ittiham edilir

1 dəq
Paylaş:
HƏMAS Qəzza banklarından 108 milyon dollar oğurlamaqda ittiham edilir
{"az":"bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O qeyd edib ki, HƏMAS müharibə...","en":"","ru":""}

HƏMAS hərəkatının üzvləri Qəzza zolağında yerləşən banklardan 400 milyon şekeldən çox maliyyə vəsaiti (təxminən 108,04 milyon ABŞ dolları) oğurlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, HƏMAS müharibə zamanı maliyyə çətinlikləri ilə üzləşib və onun üzvləri Qəzzada yerləşən Fələstin Bankının filiallarından 400 milyon şekeldən çox maliyyə vəsaiti oğurlayıblar: “Bunu HƏMAS-ın yüksək rütbəli rəsmisinin yazdığı sənəd təsdiqləyir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər