Operativ Məlumat Mərkəzi

HƏMAS: 13 uşağın aclıqdan ölməsi bəşəriyyətin alnına çəkilən utanc ləkəsidir

2 dəq
Paylaş:
HƏMAS: 13 uşağın aclıqdan ölməsi bəşəriyyətin alnına çəkilən utanc ləkəsidir
bu barədə xarici KİV məlumat yayıb. Uşaqların aclıqdan ölməsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq ictimaiyyətin uşaqları aclıqdan...

HƏMAS Səhiyyə Nazirliyinin Qəzza və şimaldakı digər şəhərlərdə təxminən 13 uşağın qida çatışmazlığı və aclıq səbəbiylə öldüyünü açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Uşaqların aclıqdan ölməsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq ictimaiyyətin uşaqları aclıqdan qorumaq vəzifəsini yerinə yetirməməsinin bəyanı olduğu vurğulanıb.

“Bu, bəşəriyyət üçün rüsvayçılıqdır və müasir dövrdə yaradılmış təhlükəli presedentdir”.

Bəyanatda, BMT və beynəlxalq yardım təşkilatlarından Qəzzada, xüsusən də şimaldakı mülki vətəndaşları və uşaqları xilas etmək üçün təcili tədbirlər görməyə çağırılıb.

Bəyanatda humanitar dəyərlərə və beynəlxalq hüquqa məhəl qoymayaraq Fələstin xalqına qarşı soyqırım və etnik təmizləmə həyata keçirən İsrailin göstərişlərinə boyun əyməməyə çağırılıb və yardım təşkilatlarından Qəzzaya tibbi və ərzaq yardımı çatdırmaları istənilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər