Operativ Məlumat Mərkəzi

Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb

1 dəq
Paylaş:
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb

Sosial mediada, yutub kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər