“Heç bir ölkə bizə nağıl danışmasın”- ŞƏRH

“Heç bir ölkə bizə nağıl danışmasın”- ŞƏRH
22.11.2023 17:30
Aa
dəq

Son illərdə xüsusilə də 44 Günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz işğal altında olan tarixi dədə-baba torpaqlarını azad etdikdən sonra artıq Fransanın maskası yırtılıb. Fransa həmişə ikili standartlar tətbiq edib. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Fransa bildiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Fransa, ABŞ və Rusiya hər zaman obyektiv mövqe göstərmək əvəzinə, Fransa bu müharibədən sonra ikili standartlardan riyakarlığa keçdi. Fransa kimi ölkələr tarix boyu bir çox Afrika, Asiya kimi ölkələrin təbii sərvətlərini, mədəniyyətini, dini inanclarını istismar ediblər. Ən zəngin qaynaqlara malik olan Afrika xalqları bu gün kasıbçılığın ən pik vəziyyətində yaşayan ölkələrdəndir. Bunun səbəbi yüz illər boyu Fransa kimi imperialist, işğalçı ölkələr müstəmləkə ölkələrin təbii sərvətlərini daşıyıb və daşımaqdadılar. Fransa belə bir tarixi xalqlara zülm edən bir ölkə kimi xatırlanır. Baxmayaraq ki, Afrikada artıq müstəmləkə siyasətinə guya ki, son qoyulub. Əslində bunun mahiyyəti dəyişməyib. Xaricdən maskaları dəyişilib, ancaq indi isə maskalar götürülüb. 

Möhtərəm prezidentimiz bu günlərdə qeyd etdi ki, Fransa nə 44 Günlük Vətən Müharibəsində Ermənistana kömək edə bilmədi, nə də təxminən iki ay öncə bizim Xankəndidə apardığımız antiterror tədbirlərində də heç bir kömək göstərə bilmədi. İstər Fransa, istərsə də Amerikanın bu günə qədər olan bütün fəaliyyəti göz qabağındadır. Bu ölkələr heç də xalqların xoşbəxtliyini, sülhün, əmin-amanlığın, inkişafın olmasını istəmirlər. Sadəcə olaraq həmin bölgələrdə "parçala, hökm sür" siyasəti tətbiq edirlər. 

Biz 30 ilə yaxın müddətdə torpağı 20% işğal olunan xalqıq. Bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanıyır. Amerika heç vaxt bizim bölgəmizdə nə söz sahibi ola bilər, nə də nüfuz qazana bilər. 

Bu gün Azərbaycan xalqı 44 Günlük Vətən Müharibəsindən sonra kimin kim olduğu açıq-aydın şəkildə gördü. Makron kimi mövqeyi olmayan bir dövlət başçısının da simasının necə dəyişdiyini   hər kəs bilir. Makron öz ölkəsində və yaxud da Avropada baş verən diskriminasiyanı, ayrı-seçkiliyi, insan haqlarının pozulması, demokratik dəyərlərin tapdalanması  barədə  işlərlə özləri məşğul olsa, daha yaxşı olar. 

Rusiya sözsüz ki, bizim qonşumuzdur. Tarix boyu 200-300 il biz Rusiya ilə istər sovet dövründə, istərsə də sovetlərdən öncə çox yaxın yaşamışıq. Azərbaycan tam müstəqil xarici siyasət aparan bir ölkədir. Azərbaycanın sarsılmaz iradəyə və polad kimi möhkəm qətiyyətə malik olan prezidenti var. Möhtərəm prezidentimiz özünün nə qədər uzaqgörən siyasətçi, müdrik diplomat olduğunu nəinki 44 Günlük Vətən Müharibəsində, hətta ondan sonra da göstərdi. Ona görə də, heç kim bizə nə dərs verməsin, nə də nağıl danışmasın. Bizim özümüzün həmin ölkələrə öyrədəcəyimiz xeyli işlər, təcrübələr var, həm siyasətdə, həm də insanlıqda.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu