Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliyada isti havadan daha 4 nəfər öldü

2 dəq
Paylaş:
İtaliyada isti havadan daha 4 nəfər öldü

İtaliyada həddindən artıq yüksək temperatur səbəbindən son sutkada daha 4 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ölkədə artıq 10 gündür davam edən və mövsüm normasını xeyli üstələyən isti hava can itkilərinə səbəb olmağa davam edir.

Genuya şəhərində 86 və 74 yaşlı iki qadın isti vurması nəticəsində dünyasını dəyişib. Bundan başqa, Padova yaxınlığındakı Abano Terme qəsəbəsində bir işçi, Mantova şəhərində isə miqrant kənd təsərrüfatı işçisi yüksək temperatur səbəbindən həyatını itirib.

Beləliklə, ötən həftədən bəri İtaliyada həddindən artıq isti nəticəsində ölənlərin sayı ən azı 10 nəfərə çatıb.

İtaliya bu gün və sabah üçün Roma ilə yanaşı Ankona, Bari, Bolonya, Boltsano, Breşiya, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Peruja, Peskara, Rieti, Turin, Venesiya, Verona, Viterbo, Kampobasso, Çivitavekkya, Neapol, Palermo, Kalyari, Kataniya və Triest daxil olmaqla ümumilikdə 25 şəhərdə həddindən artıq isti hava səbəbindən ən yüksək – "" elan edib.

Ölkənin şimalındakı bəzi şəhərlərdə gündüz saatlarında temperatur rekord həddə çatdığı halda, axşam saatlarında yağan güclü leysan yağışları bəzi ərazilərdə subasmaya və ağacların aşmasına səbəb olaraq gündəlik həyata mənfi təsir göstərib.

Meteoroloqların proqnozuna görə, isti hava dalğası sabahdan etibarən zəifləyəcək və ölkə ərazisində yağıntılı müşahidə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax