Əsas məzmuna keç

Hava şəraitinə görə “Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib

Hava şəraitinə görə “Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində...

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “” İstehsalat Birliyinin sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azneft”dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Xatırladaq ki, dünən Dövlət və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.

Qeyd olunan günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Hava proqnozu

24° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 22°
  3. Birigün Tutqun 26° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…