Operativ Məlumat Mərkəzi

Hava şəraiti səbəbindən qatarların sürət həddi endirilib

1 dəq
Paylaş:
Hava şəraiti səbəbindən qatarların sürət həddi endirilib
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən...

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə “Azərbaycan Dəmir Yolları” QSC (ADY ) bəzi sahələrdə qatarların sürət həddini endirib.

ADY-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, - ADY-nin məlumatında qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər