Əsas məzmuna keç

Hava şəraiti kəskinləşdi: Bir neçə rayona qar yağır

Hava şəraiti kəskinləşdi: Bir neçə rayona qar yağır

Bakı və rayonlarda qeyri-sabit meteoroloji durum hökm sürür. Xınalıq və Şahdağ ağ örtüyə bürünüb, küləyin sürəti 23 m/s-ə çatıb. Yağıntı haralarda davam edəcək?

en ru

Azərbaycanın bəzi yerlərində yağıntılı müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə isə qar yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 13:00 olan məlumatında qeyd edilib.

Hazırda Bakıda və yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa, Kürdəmir, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Gəncə, Sədərək, Şərur, Naftalan, Goranboy, Ağdam, Mingəçevir, Sabirabad, İmişli, Quba, Qusar, İsmayıllı, Bərdə, Daşkəsən, Şəmkir, Göyçay, Şəki, Zaqatala, Balakən, Yevlax, Qəbələ, Oğuz, Ağsu, Xızı, Xaltan və Tərtərdə yağır.

Yüksək dağlıq ərazilər olan və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal Mingəçevir və Goranboyda 23 m/s, Naftalanda isə 22 m/s-ə çatır.

Külək Bakıda və Abşeron yarımadasında, o cümlədən Tovuz, Ağdam, Kəlbəcər və Culfada 18 m/s, Sabirabad, Cəlilabad və Qobustanda 16 m/s, Şəkidə isə 15 m/s-dək güclənir.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Günəşli 22° 19°
  2. Sabah Arabir yağış 20° 19° yağış 73%
  3. Birigün Günəşli 24° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…