Hava şəraiti ilə əlaqədar “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirib

Hava şəraiti ilə əlaqədar “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirib
03.06.2025 13:42
Aa
dəq

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azneft” İB-dən bildirilib.

Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

 

Həftənin ən çox oxunanları