"Haqqımda deyilən yalanları qəbul etmirəm!"

"Haqqımda deyilən yalanları qəbul etmirəm!"
31.03.2023 15:00
Aa
dəq

“Tottenhem”in hücumçusu Riçarlison Antonio Kontenin istefaya göndərilməsi haqda danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TyC Sports"-a istinadən xəbər verir ki, o, 53 yaşlı mütəxəssis barədə səsləndirmədiyi fikirlərə görə haqqında irəli sürülən yalan sözləri qəbul etmədiyini deyib:

“Oynadığım oyuna görə tənqid edilə bilərəm. Bunu qəbul edirəm. Haqqımda deyilən yalanları qəbul etmirəm! Konteyə, eyni zamanda, bütün məşqçilər heyətinə hər zaman hörmət etmişəm. O, “Tottenhem”ə gələndə mənə çox kömək etdi. Nə vaxt problemimiz olsa, iki peşəkar insan kimi söhbət edərək həll edirdik.

Mən Konteyə qarşı təşkil edilən “üsyan”ın lideri deyildim. Ondan üzr istəyirəm. Çünki onun məndən gözlədiyi performansı sərgiləyə bilmədim, onu klubda saxlamaq üçün cəhdlər göstərmədim.

Konte klubu tərk edəndə ona mesaj yazdım və hər şey üçün təşəkkür etdim. Həm də hər şeyin ən yaxşısını ona arzuladığımı bildirdim. Çünki o, buna layiqdir”.

“Tottenhem” martın 27-də italiyalı mütəxəssisi istefaya göndərdiyini açıqlayıb. Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu