Əsas məzmuna keç

Hakan Fidan sabah İraqa səfər edəcək

Hakan Fidan sabah İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək. Məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, səfər çərçivəsində onun...

Türkiyənin naziri yanvarın 26-da İraqa səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir.

Məlumata görə, görüşlərdə Türkiyə-İraq əlaqələrinə və terrora qarşı mübarizəyə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…