Əsas məzmuna keç

Hakan Fidan Cənubi Koreyaya rəsmi səfər edəcək

Hakan Fidan Cənubi Koreyaya rəsmi səfər edəcək

Türkiyə XİN rəhbəri Ço Hyon ilə görüşəcək. Səfərdə müdafiə sənayesi, Altay tankı, PUA istehsalı və qlobal enerji layihələri kimi strateji məsələlər müzakirə olunacaq.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Türkiyənin naziri sabah Cənubi Koreyaya rəsmi səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ilə görüşməsi və Koreya Universitetində keçiriləcək konfransda çıxış etməsi nəzərdə tutulur.

Görüşlər zamanı Türkiyə ilə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Hakan Fidan iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və Azad Ticarət Sazişinin daha əhatəli şəkildə yenilənməsi ilə bağlı fikir mübadiləsi aparacaq.

Həmçinin Ukrayna, Suriya və Fələstinin yenidən qurulması proseslərində əməkdaşlıq imkanları, Mərkəzi Asiya və Afrikada həyata keçirilə biləcək birgə layihələr də müzakirə ediləcək.

Tərəflər nüvə və bərpa olunan enerji sahələrində əməkdaşlıq perspektivlərini, eləcə də , yarımkeçirici texnologiyalar, biotexnologiya, yeni nəsil batareya sistemləri və infrastrukturu kimi strateji sahələrdə ortaq təşəbbüsləri nəzərdən keçirəcəklər.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq da görüşlərin əsas mövzularından biri olacaq. Hakan Fidan Altay tankı layihəsinin uğurlu təcrübəsinə istinad edərək pilotsuz uçuş aparatları (PUA), silahlı pilotsuz uçuş aparatları (SPUA) və digər mümkün birgə müdafiə layihələri barədə danışacaq.

Səfər zamanı BMT və G20 kimi beynəlxalq platformalarda çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanacaq, həmçinin Rusiya-Ukrayna müharibəsi, İran, Fələstin, Suriya, Şərqi Asiya və digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…