Hacı Nuranın səhhəti pisləşdi

Hacı Nuranın səhhəti pisləşdi
25.03.2023 15:24
Aa
dəq

Aparıcı Hacı Nuranın səhhətində yenidən problem yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, müalicə üçün Almaniyaya yollanıb.

Bu barədə H. Nuran sosial şəbəkə hesabında paylaşım edib:

“Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi... Yenə bu qoca qitənin qoca şəhərindəyəm. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni o ki var danladılar. Artıq bir neçə gündür ki, Almaniyadayam. Məni günbəgün yaxşılaşdıran təkcə həkimimin dərmanları və müalicəsi deyil, sizlərin sevgi dolu sözləri, dualarıdır. Hər an yanımda olan, hər dəqiqə mənə təkcə dərmanları ilə deyil, həm də diqqəti ilə məlhəm olan həkimlərim var olsun. O qədər mehriban, səmimi insanlardır ki...

Düzdür, mənim Bakıda da çox gözəl həkimlərim var...  Hər biri də əvəzsizdir. Amma uzun illərdir ki, Düsseldorfda müalicə və müayinə olunduğumdan bu klinikanın ağxalatlı mələkləri məni bir kəlmədən başa düşür. Yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var!”.

Qeyd edək ki, aparıcı xərçəng xəstəliyindən əziyyət çəkir.

Həftənin ən çox oxunanları

Azərbaycanı "Avroviziya-2024" o təmsil edəcək

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib
DAVAMIN OXU davamın oxu

Aybəniz Haşimovanın qardaşı həbs edildi

Aybəniz Haşimovanın qardaşı həbs edildi
DAVAMIN OXU davamın oxu

Təranə Səmədovaya hökm oxunub

Təranə Səmədovaya hökm oxunub
DAVAMIN OXU davamın oxu

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı
DAVAMIN OXU davamın oxu