Əsas məzmuna keç

Gürcüstanın Baş naziri Aİ liderlərinə məktub ünvanlayıb

Gürcüstanın Baş naziri Aİ liderlərinə məktub ünvanlayıb

bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilib. “Bu, Gürcüstanın Avropa gələcəyi üçün, eləcə də...

Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsi qərarı təkcə ölkənin gələcəyi üçün deyil, həm də Aİ-nin genişlənmə siyasəti üçün nöqtəsi olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilib.

“Bu, Gürcüstanın Avropa gələcəyi üçün, eləcə də Aİ-nin genişlənmə siyasətinin etibarlılığı üçün dönüş nöqtəsidir. Avropanın , sabitlik və rifahına geostrateji sərmayədir”, - məktubda qeyd edilib.

O, Avropa İttifaqı Şurasının rəhbəri Mişelə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, eləcə də Aİ Şurasına sədrlik edən İspaniyanın Baş naziri Perdo Sançesə məktub göndərib.

Qeyd edək ki, dekabrın 14-15-i tarixlərində Aİ-yə daxil olan ölkələrin liderlərinin sammitində Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun qərar veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…