Gürcüstanda 2,5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sameba kəndi yaxınlığında, Ninotsmindadan 22 km, Taşir şəhərindən 30 km aralıda yerləşib.
Xatırladaq ki, ötən gün Gürcüstanın şərqində 4,4 bal gücündə zəlzələ baş verib.