Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib

Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
30.03.2023 14:32
Aa
dəq

2022-ci ildə Gürcüstanda yeni doğulanların sayı illik müqayisədə 7,9% azalaraq 42 319 nəfər təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Gürcüstanda ötən il ərzində ölənlərin sayı isə illik ifadədə 18% azalaraq 49 118 nəfər təşkil edib. Ümumilikdə, 2022-ci ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb (-6 799).

Hesabat dövründə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində isə müsbət təbii artım qeydə alınıb. Ötən il Kvemo Kartlidə yeni doğulanların sayı 5 074 nəfər, ölənlərin sayı isə 4 528 nəfər təşkil edib.

Statistikaya əsasən 2022-ci ildə Gürcüstada körpə ölüm nisbəti hər 1000 nəfərə 7,6 nəfər, 5 yaş altı ölüm nisbəti isə hər min nəfərə 9,2 nəfər təşkil edib.

Həftənin ən çox oxunanları

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək
DAVAMIN OXU davamın oxu

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu