Operativ Məlumat Mərkəzi

Gürcüstanda bir anda üç zəlzələ baş verdi

1 dəq
Paylaş:
Gürcüstanda bir anda üç zəlzələ baş verdi
bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. İlk zəlzələ Tbilisi vaxtı ilə saat 05:18-də Ozurqeti şəhərindən iki kilometr aralıda qeydə...

Qərbi Gürcüstanda üç zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. İlk zəlzələ Tbilisi vaxtı ilə saat 05:18-də Ozurqeti şəhərindən iki kilometr aralıda qeydə alınıb. Onun maqnitudası 3,6 olub.

Yeraltı təkanlar saat 06:27-də Qomis Mta kurortundan 4 km, Ozurqetidən 14 km aralıda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,0 bal olub.

Üçüncü zəlzələnin episentri Çoxatauri rayonunun Buknari kəndində olub. Zəlzələnin gücü 3,1 bal olub. Hər üç yeraltı təkanlar zamanı zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər