Operativ Məlumat Mərkəzi

Gürcüstan aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib

1 dəq
Paylaş:
Gürcüstan aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib
bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, deportasiya edilənlər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal,...

Gürcüstan Daxili İşlər Nazirliyi aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.

Mövcud qanunvericiliyə görə ölkədən çıxarılan şəxslərin ölkəyə qayıdışı qadağandır. Bu ilin iyununda ümumilikdə 124 əcnəbi Gürcüstandan deportasiya edilib, 2025-ci ilin 6 ayının məlumatına görə isə ümumilikdə 525 əcnəbi vətəndaş ölkədən çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər