Operativ Məlumat Mərkəzi

Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Güclü külək olacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-a verilən xəbərə görə, fevralın 02-si qərb rayonlarından başlayaraq 03-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər