Əsas məzmuna keç

ADSEA yağış sularını kənarlaşdırır

ADSEA yağış sularını kənarlaşdırır

İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin...

en ru

İntensiv yağışlar zamanı ərazilərdə sularının kənarlaşdırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi () İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.

Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Süleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər , Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3 nömrəli nasosstansiya, Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.

İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…