Əsas məzmuna keç

ADSEA yağış sularının təmizlənməsi işlərini sürətləndirdi

ADSEA yağış sularının təmizlənməsi işlərini sürətləndirdi

Bakı və Abşeronda yağıntı norması 440% keçdi. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəsadları kənarlaşdırmaq üçün 955 və CİS vasitəsilə operativ tədbirlər görür.

en ru

Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ADSEA-dan məlumat verilib.

Qeyd olunub ki, iri şəhərlərin xidməti ərazisində sularının idarə olunmasına Operativ qərargah tərəfindən nəzarət edilir.

"955 Çağırı Mərkəzinə, elektron və hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometrologiya Xidmətinin məlumatına görə hazırda və yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir. B

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur.

Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri intensiv şəkildə davam etdirilir" məlumatda bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…