Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Böyük Qayıdış prosesi tarixi əhəmiyyət daşıyır: Deputat

1 dəq
Paylaş:
Böyük Qayıdış prosesi tarixi əhəmiyyət daşıyır: Deputat

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata- yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda olub.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Bəhruz Məhərrəmov deyib.

" İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Bu çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir hadisədir", deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax