Əsas məzmuna keç

Göyçayda bostanda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Göyçayda bostanda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Göyçay Rayon Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Qarayazı kənd sakini Mahir şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsində tərəvəz bitkilərinin becərildiyi ərazidə M.Məmmədov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 28 kiloqrama yaxın çətənə kolları, eləcə də qurudulmuş marixuana aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…