Əsas məzmuna keç

Göyçayda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb

Göyçayda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb

Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb. Rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü,...

rayonunda 7 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-dəyaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #göyçay#cərrahi
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…