Əsas məzmuna keç

Göyçayda 53 yaşlı kişi döyüldükdən sonra ölüb

Göyçayda 53 yaşlı kişi döyüldükdən sonra ölüb

Göyçayda 53 yaşlı kişi döyüldükdən sonra ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1970-ci il təvəllüdlü Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

İ.Şıxaliyev əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…