Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Google" gizli səs yazıları ilə bağlı 68 milyon dollar təzminat ödəyəcək

2 dəq
Paylaş:
"Google" gizli səs yazıları ilə bağlı 68 milyon dollar təzminat ödəyəcək

"" şirkəti "Google " səsli köməkçisi vasitəsilə istifadəçilərin söhbətlərini qanunsuz şəkildə qeydə aldığına görə açılan kollektiv iddia üzrə 68 milyon ödəməyə razılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat sənədlərinə istinadən "The Verge" nəşri tərəfindən yayılıb.

Məhkəmə çəkişməsinə 2019-cu ildə Belçikanın "VRT NWS" nəşrinin apardığı araşdırma səbəb olub.

Jurnalistlər müəyyən ediblər ki, şirkətin audio faylların deşifrə edilməsi ilə məşğul olan podratçıları "Ok, Google" komandasının yanlışlıqla işə düşməsi nəticəsində yazılan səslərə çıxış əldə ediblər. Bu qeydlər arasında uşaqların və səs yazılmasına verməyən şəxslərin gizli söhbətləri də yer alıb.

İddiaçılar "Google"un bu məlumatları qəsdən topladığını və reklam məqsədləri üçün üçüncü tərəflərə ötürdüyünü iddia ediblər.

Şirkət isə öz növbəsində ittihamları rədd edərək, səs yazılarının reklam hədəfləməsi üçün istifadə olunmadığını bildirib. Razılaşma rəsmən təsdiqlənərsə, 2016-cı ildən bəri aşağıdakı cihazlardan istifadə edən şəxslər kompensasiya ala biləcəklər

  • "Pixel" smartfonları;
  • "Google Home" ağıllı dinamikləri;
  • "Nest Hub""Nest Hub Max" displeyləri.

Məlumata görə, cihaz sahiblərinə 18 dollardan 56 dollara qədər, cihazı olmayıb lakin söhbətləri qeydə alınan şəxslərə isə 2 dollardan 10 dollara qədər ödəniş ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax