Operativ Məlumat Mərkəzi

"Google" məhkəməyə verildi

1 dəq
Paylaş:
"Google" məhkəməyə verildi
bununla bağlı xarici KİV məlumat yayıb.  İddia "Gemini"nin "Gmail", "Chat" və "Meet" üzərində istifadəçilərin bilgisi və razılığı olmadan...

"Google" süni intellekt asistenti "Gemini"nin istifadəçilərin şəxsi yazışmalarını gizlicə izlədiyi iddiası ilə ABŞ-də toplu iddia ərizəsi ilə üz-üzədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İddia "Gemini"nin "Gmail", "Chat" və "Meet" üzərində istifadəçilərin bilgisi və razılığı olmadan aktivləşdirildiyini irəli sürür.

Kaliforniya federal məhkəməsində açılan davada bildirilir ki, "Alphabet" süni intellekt modelini əvvəlcə könüllü bir funksiya kimi təqdim etsə də, oktyabr ayında bu xidmətlərə “gizlicə” giriş verdiyi iddia olunur.

Şikayətə görə, bu vəziyyət "Google"un şəxsi məlumatları toplamasına imkan yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər