Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Müdafiə naziri: "İranda qələbə qazanırıq, hava məkanına tam nəzarət edirik"

2 dəq
Paylaş:
ABŞ Müdafiə naziri: "İranda qələbə qazanırıq, hava məkanına tam nəzarət edirik"

ABŞ-nin və Baş Qərargah rəisi Dan Caine Pentaqonda keçirilən konfransında İranda davam edən hərbi əməliyyatların gedişatı barədə mühüm bəyanatlar veriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir ABŞ-nin hərbi üstünlüyü tam ələ keçirdiyini vurğulayıb

Pete Hegseth qeyd edib ki, Amerika qüvvələri İran səmalarında mütləq nəzarəti təmin edib:

"Biz İranda qələbə . İranın raket sistemlərini gecə-gündüz fasiləsiz olaraq vururuq. İranlılar səmaya baxdıqda yalnız bizim və İsrailin hava qüvvələrini görəcəklər. Amerika gücünü sarsılmaz şəkildə nümayiş etdiririk və hədəfləri vurmağa davam edəcəyik".

Nazir həmçinin əlavə edib ki, hava məkanı tam nəzarətə götürüldükdən sonra yüksək təsirli bombalardan istifadəyə başlanılacaq.

Məlumata görə, İranın hərbi hava qüvvələri tamamilə sıradan çıxarılıb. Hegseth ölkənin ali rəhbərliyindəki itkilərə də toxunaraq bildirib:

"İranın yüksək və orta səviyyəli rəhbərləri, hətta yeni lideri seçəcək şəxslər belə öldürülüb. İnqilab Keşikçiləri ölkədə interneti kəsib".

Baş Qərargah rəisi Dan Caine isə əməliyyatın texniki detallarını paylaşıb:

"Əməliyyatın başlamasından 103 saat keçib. İranın ballistik raket sistemləri və dəniz qabiliyyəti əsas hədəf seçilib. Raket zərbələrinin sayı bu gün 20 faiz artırılıb. Nöqtə atışları ilə ölkənin daxili hissələrinə doğru irəliləyiş davam edir”.

Digər tərəfdən, NATO bəyanat yayaraq İranın Türkiyəni hədəf alma cəhdlərini kəskin şəkildə pisləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax