"Kuba ABŞ-nin adaya yanacaq tədarükünün qarşısını almaq üçün yeni tədbirlərini qətiyyətlə pisləyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla deyib.
"Biz ABŞ-nin Kubaya qarşı son eskalasiyasını ən sərt şəkildə pisləyirik. Onlar indi ölkəmizə yanacaq tədarükünün tamamilə blokadasını təklif edirlər", - nazir vurğulayıb.
O, bildirib ki, ABŞ özbaşına və ədalətsiz tariflər tətbiq etməklə hədələyərək digər ölkələri Kubanın blokadasına qoşulmağa məcbur etmək üçün şantaj və məcburiyyətə əl atır.
Rodriges Parrilla həmçinin bunun bütün azad ticarət normalarının pozulması olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən istənilən ölkəyə yeni tariflər tətbiq edən sərəncam imzalayıb.