Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Ukraynanın bərpası konfransında iştirak edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Ukraynanın bərpası konfransında iştirak edib

Azərbaycanın naziri Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax