Əsas məzmuna keç

Hikmət Hacıyev Fransa rəsmisi ilə ikitərəfli əlaqələri müzakirə etdi

Hikmət Hacıyev Fransa rəsmisi ilə ikitərəfli əlaqələri müzakirə etdi

Prezidentin köməkçisi Hikmət Hacıyev və Bertrand Buşvalter Bakıda görüşüb. Tərəflər İlham Əliyev və Emmanuel Makronun dialoqundan sonra strateji münasibətləri dəyərləndirib.

en ru

və Fransa arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycanda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand ilə görüşü haqqında “X” hesabında məlumat verərkən bildirib.

“Fransalı həmkarım Bertrand Buşvalterlə onun Bakıya səfəri çərçivəsində məhsuldar görüş keçirdim. Ötən ay Prezident İlham Əliyev və Prezident Makron arasında baş tutmuş telefon danışığının xarakterinə uyğun olaraq, Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…