Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Qazaxıstan güclü strateji əlaqələrini bir daha təsdiqləyib, iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sahələrdə əməkdaşlığın artdığını qeyd ediblər.
Nazirlər həmçinin Orta Dəhlizin Avropa-Asiya ticarətinin inkişafındakı rolunu vurğulayıb, tranzit infrastrukturunun və regional bağlantıların gücləndirilməsinə töhfə verən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.
Tərəflər Yaxın Şərqdəki gərginlikdən narahatlıqlarını ifadə edib, əldə olunan atəşkəsin bölgəyə sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər.
Nazirlər regional və qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər.
Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib.
***
Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında məlumat yayıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.