Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

CENTCOM rəhbəri İrana qarşı əməliyyatların detallarını açıqladı

2 dəq
Paylaş:
CENTCOM rəhbəri İrana qarşı əməliyyatların detallarını açıqladı

ABŞ rəhbəri İrana qarşı əməliyyatlarda iştirak edən qüvvələrin sayını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred 3 mart tarixində video müraciətində İrana qarşı əməliyyatlarda 50 mindən çox əsgərin, 200 qırıcı təyyarənin, iki təyyarədaşıyan gəminin və bombardmançı təyyarələrin iştirak etdiyini bildirib.

Kuperin açıqlamasına görə, “biz artıq 2000-dən çox sursatla təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemlərinə ciddi zərbə vurmuşuq və yüzlərlə İran raketini, buraxılış qurğusunu və dronunu məhv etmişik”.

Admiral əlavə edib ki, Amerikanın B-2 və B-1 bombardmançı təyyarələri İranın çoxsaylı nüvə obyektlərinə dəqiq zərbələr endirib, B-52 bombardmançı təyyarəsi isə ballistik raket proqramı ilə əlaqəli komanda və idarəetmə mərkəzlərini vurub.

Kuper həmçinin bildirib ki, ABŞ 17 İran gəmisini məhv edib və bir İran sualtı qayığına zərər verib.

O qeyd edib: “Bu gündən etibarən Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində İran gəmiləri yoxdur və biz dayanmayacağıq. Dinamik hədəfləmə əməliyyatları aparmağa davam edəcəyik”.

Onun sözlərinə görə, ABŞ və İsrailin hücumlarına cavab olaraq İran 500-dən çox ballistik raket və 2000-dən çox dron buraxıb.

Admiral Kuper bildirib ki, “İranın bizi və tərəfdaşlarımızı vurmaq qabiliyyətinin azaldığını, döyüş qabiliyyətlərimizin isə artdığını görürük. Ümumi qiymətləndirməm budur ki, proqramımızda qrafikdən irəlidəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax