İtaliyanın "Genoa" klubu ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski ilə yollarını ayırmaq istəmir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Calcio Genoa" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik futbolçunu növbəti mövsüm üçün də heyətdə saxlamağı planlaşdırır.
Daha əvvəl yayılan xəbərlərdə oyunçunun azad agent kimi komandanı tərk edərək Türkiyənin "Trabzonspor" klubuna keçəcəyi bildirilirdi.
Lakin mənbə bu transferin baş tutmaya biləcəyini vurğulayır. Buna baxmayaraq, tərəflər arasında yeni müqavilənin imzalanması ilə bağlı danışıqlarda hələlik heç bir irəliləyiş qeydə alınmayıb.
Tanınmış insayder Fabritsio Romanonun sözlərinə görə, 32 yaşlı ukraynalıya Türkiyədən üç illik müqavilə təklif olunub.
Qeyd edək ki, R.Malinovski 2023-cü ilin yayından "Genoa"nın şərəfini qoruyur.