Əsas məzmuna keç

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Qida Təhlükəsizliyi...

Gəncədə istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…