Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzada can itkisi 71 min 800-ə yüksəldi

2 dəq
Paylaş:
Qəzzada can itkisi 71 min 800-ə yüksəldi

atəşkəs rejiminin qüvvədə olduğu Qəzza zolağındakı son vəziyyətlə bağlı rəsmi məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son 24 saat ərzində bölgədəki xəstəxanalara 5 nəfərin cəsədi və 4 yaralı gətirilib.

Həlak olanlardan 2-nin meyiti altından çıxarılıb.

İsrail ilə arasında atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr tarixindən bu yana qeydə alınan rəqəmlər aşağıdakı kimidir:

  • Ölənlərin sayı: 526 nəfər;
  • Dağıntılar altından çıxarılanların sayı: 717 nəfər;
  • Yaralıların sayı: 1 447 nəfər.

Hesabatda qeyd olunur ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən davam edən hərbi əməliyyatlar nəticəsində ümumi can itkisi 71 800 nəfərə çatıb.

Münaqişə dövründə yaralananların ümumi sayı isə 171 555 nəfər olaraq qeyd edilib.

Eyni zamanda, İsrailin Benyamin Netanyahu İran ilə bağlı gərginliyi artıran bəyanat verib. O, rəsmi Tehranın "dözülməz nəticələrlə" üzləşəcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax