Əsas məzmuna keç

Netanyahudan İrana sərt xəbərdarlıq: "Dözülməz nəticələrlə üzləşəcəklər"

Netanyahudan İrana sərt xəbərdarlıq: "Dözülməz nəticələrlə üzləşəcəklər"

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinə qarşı hər hansı hücumun ağır cavabı olacağını bəyan edib.

en ru

İsrailin Baş naziri Binyamin ölkə parlamentinin yaradılmasının 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə mühüm bəyanatlarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, çıxışı zamanı xüsusilə İran ilə yaşanan gərginliyə toxunaraq, regionda vəziyyətin mürəkkəb olaraq qaldığını vurğulayıb.

Netanyahu İsrailin hər cür ssenariyə və inkişafa hazır olduğunu qeyd edərək bildirib:

“Biz hər cür inkişafa qarşı ayıq-sayıq və hazırlıqlıyıq. Bizə hücum etmək cəsarətində olan hər kəs nəticələrlə üzləşəcək."

Baş nazir qarşıda hələ bir çox çətinliklərin və sınaqların olduğunu qeyd edərək, ölkəsinin maraqlarını qorumaqda qərarlı olduqlarını diqqətə çatdırıb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…