“Qarabağ” klubu heyətinə yeni oyunçu cəlb edib. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı mərkəz hücumçusu Zakariya Savonu heyətinə qatıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu müqavilə ilə İsveçin “Yurqorden” klubuna məxsusdur. O, cari ilin yanvar ayından etibarən icarə əsasında Kiprin AEL (Limassol) komandasının şərəfini qoruyub.
Zakariya Savonun karyerası ərzində çıxış etdiyi digər klublar bunlardır:
- “BK Olimpik” (İsveç)
- “Oskarshamns” (İsveç)
- “Start” (Norveç)
Xatırladaq ki, “Qarabağ” cari transfer dövründə bundan əvvəl fransalı vinger Jali Muaddibi də heyətinə cəlb etmişdi.