Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa Hörmüz boğazında gərginliyi artıracaq addım atdı

2 dəq
Paylaş:
Fransa Hörmüz boğazında gərginliyi artıracaq addım atdı

Fransa boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Fransa Prezidenti Emmanuel bu barədə "X" sosial şəbəkəsində bidirib.

Onun sözərinə görə, Fransa qüvvələri tərəfdaşları ilə birlikdə gəmiçiliyin tam bərpasına və Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsinə hazırdır.

Makron həmçinin qeyd edib ki, 17 iyunda ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması sabitliyin möhkəmlənməsi, o cümlədən Hörmüz boğazından gəmiçilik azadlığının təsdiqlənməsidir.

E.Makron Oman Sultanı ilə məsləhətləşmələrdən sonra Fransa qüvvələrinin bölgədə yerləşdirilməsini tənzimləmək qərarının verildiyini açıqlayıb.

Onun sözlərinə görə, "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Tulondakı limana qayıdır, iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi isə bölgədə qalır və lazım gələrsə, müttəfiqlərlə birlikdə missiyalar yerinə yetirməyə hazırdır.

Makron vurğulayıb ki, Fransa mövcudluğunu dəyişən vəziyyətdən və regional ehtiyaclarından asılı olaraq uyğunlaşdırmağa davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax