“Fransanın ”Rafale" qırıcı təyyarələri BƏƏ istiqamətində uçan İran dronlarını vurub".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Barrot qeyd edib ki, Fransa qırıcı təyyarələri BƏƏ istiqamətində uçan İran dronlarını ələ keçirib məhv edib.
Fransa vətəndaşlarının təxliyəsi ilə bağlı nazir qeyd edib ki, 4 martda bir neçə uçuş , o cümlədən biri Birləşmiş Ərəb Əmirliklərindən, digəri isə İsraildən qayıdan həmvətənlərimiz üçün Misirdən uçuşlar həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından, İslam Respublikasının Fars körfəzi ölkələrində, İsraildə ABŞ və İsrail hədəflərinə cavab zərbələrindən sonra bir çox ölkənin hava məkanı bağlandı.