Fransa ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişədən sonrakı nizamlanma üzrə yaratdığı "Sülh Şurası"nda iştirak etməkdən imtina etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi Fransa Prezidenti Emmanuel Makrona yaxın mənbəyə istinadən yayıb.
Mənbənin bildirdiyinə görə, rəsmi Paris bu təşəbbüsün BMT-nin qlobal rolunu sual altına qoymasından narahatdır.
Qeyd olunur ki, beynəlxalq təşkilatın statusu toxunulmaz qalmalıdır.
“The Financial Times” nəşrinin məlumatına görə isə, Ağ Ev bu şuranı BMT-yə potensial alternativ kimi görür. Vaşinqtonun şuranın səlahiyyətlərini genişləndirərək Ukrayna və Venesuela kimi digər münaqişə ocaqlarını da bura daxil edəcəyi gözlənilir.