Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa Kiprə raket sistemləri və hərbi freqatlar göndərir

1 dəq
Paylaş:
Fransa Kiprə raket sistemləri və hərbi freqatlar göndərir

İranın “Raşid” adlı pilotsuz uçuş aparatı Kiprdəki bazasına hücum etdikdən sonra Fransa freqat, sistemləri və dronlara qarşı mübarizə vasitələri göndərmək qərarı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rəsmi Kipr mənbələri məlumat yayıb.

Adlarının açıqlanmasını istəməyən həmin mənbələrin sözlərinə görə, Almaniya da Kiprin hərbi gəmi göndərilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.

Onlar bildiriblər ki, gəmi və avadanlıqlar ən qısa zamanda Kiprə çatdırılacaq.

Pilotsuz aparat martın 2-si Akrotiridə Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasına hücum edib və cüzi maddi ziyan vurub. Martın 2-si gün ərzində Britaniya hərbi təyyarələri daha iki PUA-nı ələ keçirib.

Yunanıstan Kiprə dörd F-16 qırıcısı göndərib, daha iki müasir freqat isə yoldadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax