Əsas məzmuna keç

Fransız deputat: "Netanyahu BCM-də hərbi cinayətlərinə görə cavab verəcək"

Fransız deputat: "Netanyahu BCM-də hərbi cinayətlərinə görə cavab verəcək"

Fransanın aparıcı müxalifət simalarından biri və “Yalmaz Fransa” Partiyasının (LFI) Parlament Qrupu sədrinin müavini Matilde Panot İsrailin baş naziri Binyamin Netanyahunun törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) cavab verəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Panot, bu barədə İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumları ilə bağlı "X" hesabındakı paylaşımı zamanı qeyd edib.

"Cibaliyada qaçqın düşərgəsi bombalanıb. fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlərlə rüsvay olmağa davam edir. Yeri gələndə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cinayətlərinə görə cavab verməli olacaq",-deyə bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…